Abituriyent hazırlıq kursları

Abituriyent hazırlıq kursları
Abituriyent hazırlıq kursları

Abituriyent hazırlıq kursu 2014-cü ildən başlayaraq Kəpəz Kurslarında yüksək səviyyədə tədris olunur.
Kəpəz Kurslarının Gəncədə abituriyent hazırlığı ilə məşğul olan kursların reytinq sıralamasında ilk pillələrdə olması təsadüfi deyildir. Belə ki, abituriyent hazırlıq kursu fəailiyyət göstərdiyi 8 il ərzində 1 məzunu maksimum nəticə -  700 bal toplamış, bundan əlavə 5 məzunu Prezident təqaüdçüsü adına layiq görülmüşdür. Bu illər ərzində 132-dən çox məzunu 600 baldan yüksək, 201-dən çox məzunu isə 500-600 bal aralığında nəticə göstərmişdir. Bu yüksək nəticələrlə yanaşı, Kəpəz abituriyent hazırlıq kurslarının ümumi qəbul göstəricisi ötən illərdə 97.7 faiz olmuşdur.
      Yüksək nəticələrin əldə edilməsində dərslərin kursumuzun peşəkar, təcrübəli müəllim heyəti tərəfindən DİM proqramına uyğun olaraq keçirilməsinin böyük rolu vardır. Müəllimlər hər bir mövzunu abituriyentlərə tam aydın şəkildə izah edir, hər mövzunu ətraflı sual - cavab edirlər. Dərslər yekunlaşdıqda abituriyentlər tərəfindən mövzunun anlaşılmayan hissəsi olduğu bildirilərsə, yenidən izah olunur. Dərsin tam dərk edildiyinə əmin olduqdan sonra isə növbəti mövzuya keçilir.
       O cümlədən abituriyentlərdən əlavə olaraq sağlam və güclü təməl qurulması üçün tədris mərkəzimizdə təkmilləşdirmə, yəni 5-8-ci siniflər üzrə hazırlıq həmçinin 9-cu siniflərin orta təhsil səviyyəsi üzrə DİM-in təşkil etdiyi buraxılış  imtahanında müvəffəqiyyət qazanmaları üçün  8-9-cu sinif hazırlıqları da kursumuz tərəfindən yüksək səviyyədə tədris edilir. Onu da qeyd edək ki, kursumuz tərəfindən 5-8-ci siniflər üzrə hazırlıq dərslərində ingilis dili dərsləri əlavə ödəniş edilmədən müasir səviyyədə - Cambridge üsulu ilə keçirilir. İmtahanlar speaking, reading, writing və listening üzrə ayrı-ayrılıqda götürülür. Dərslərin Cambridge üsulu ilə keçirilməsində üstünlük ondan ibarətdir ki, kursumuzun aşağı yaş sinif şagirdləri ingilis dilini daha asan anlayıb mənimsəyir və səlis cümlələr quraraq fikirlərini aydın şəkildə ifadə edirlər. Daha çox məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya və ya kursumuza müraciət edə bilərsiniz. Bizim məqsədimiz uğurlu gələcəyə doğru birlikdə addımlamaqdır.